Prezidentdən nazir və müavinləri haqda sərəncam

Prezidentdən nazir və müavinləri haqda sərəncam
  16 Aprel 2015    Oxunub:5572
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən birgə komissiyanın Azərbaycan tərəfindən tərkibi aşağıdakı kimi təsdiq edilib:

Komissiyanın həmsədri

Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri.

Komissiyanın üzvləri:

İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini

Kamil Xasiyev - Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Xarici İşlər Nazirliyinə bu sərəncamla təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti