Tibb işçilərinə qarşı təcavüz artıb-AÇIQLAMA

Tibb işçilərinə qarşı təcavüz artıb-AÇIQLAMA
  24 May 2013    Oxunub:1444
Həkim təyin olunmuş siropu xəstəyə içirərkən Nərgiz Kərimova həkim Lalə Mirzəyevaya bıçaqla kürək nahiyəsindən zərbə endirib.
Son zamanlar tibb işçilərinin və tibbi müəssisələrin aqressiv pasiyentlərin və onların yaxınlarının təcavüzlərinə məruz qalması faktları çoxalıb. AzVision.az xəbər verir ki, bu Səhiyyə nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir. Bildirilir ki, baş vermiş belə neqativ hallar tibbi fəaliyyətə və səhiyyə ocaqlarının işinə mənfi təsirsiz ötüşmür. Bu da ölkənin tibb müəssisələrində şəfa tapmış, habelə hazırda tibb ocaqlarında öz sağlamlığına qovuşmaq üçün müalicə alan yüzlərlə vətəndaşın haqlı narazılığına səbəb olur.

Belə neqativ hallardan biri də mayın 23-də Zabrat qəsəbəsində qeydə alınıb. Oktyabr küçəsi, ev 24 ünvanında yaşayan 3 yaşlı Çiçək Kərimovanın xəstələnməsi ilə əlaqədar sahə həkimi pediatr Lalə Mirzəyevaya çağırış verilib. Həkim xəstəyə KRX diaqnozu qoyaraq son 2 gün ərzində çağırış ünvanına bir neçə dəfə aktiv olaraq gedib, uşağın vəziyyətini nəzarətdə saxlayıb.

Eyni zamanda valideyn tərəfindən bir neçə dəfə təcili yardıma çağırışlar edilib və təcili yardım tərəfindən ünvana çoxsaylı gedişlər qeyd olunub. 23.05.2013-cü il tarixində saat 21 radələrində Nərgiz Kərimova tərəfindən sahə pediatrı Lalə Mirzəyeva ilə telefon vasitəsilə əlaqə saxlayaraq növbəti dəfə evə çağırıb. Sahə pediatrı ünvana gəlib, xəstəni təkrarən müayinə edib. Lakin həkim təyin olunmuş siropu xəstəyə içirərkən Nərgiz Kərimova həkim Lalə Mirzəyevaya bıçaqla kürək nahiyəsindən zərbə endirib.

L.Mirzəyeva 3 saylı Şəhər Klinik xəstəxanasına müraciət edib, burada ona ilkin yardım göstərilib. Hal-hazırda müalicəsi davam etdirilir, həkimin vəziyyəti kafidir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti