Azay Quliyev avropalı deputatları sərt tənqid etdi

Azay Quliyev avropalı deputatları sərt tənqid etdi
  24 May 2013    Oxunub:1453
Azay Quliyev: “Nə üçün Assosiasiya sazişində Azərbaycanın ərazi bütövlüyünün tanınmasını Avropa İttifaqı qəbul etmək istəmir?”
AzVision.az xəbər verir ki, bu gün “Four Season” otelində Azərbaycan Neft Şirkətinin və Almaniyanın Konrad Adenauer Stiftung təşkilatının birgə təşkilatçılığı ilə Alman- Azərbaycan Dialoq Forumu: “Azərbaycanın Avropa yolu: İrəliləyişlər və Potensiallar” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev qonaqları fakt qarşısında qoyub.
Uğurlu platformaları olduğu halda Azərbaycanın Avropa parlamentində mövcud olan siyasi qruplarda iştirakı qənaətbəxş deyil deyən millət vəkili qeyd edib ki, Avropa Birliyini bu istiqamətdə dəstəyini artırmağa çağırıb.

“Azərbaycan Avronest PA-dan tam yararlana bilmir.Avropa Parlametində Şərq Tərəfdaşlıq proqramına daxil olan ölkələrlə bağlı məsələ müzakirə ediləndə AVRONEST kənarda qalır. Azərbaycandan heç bir siyasi partiya qruplarda iştirak etməməsi heç də xoş deyil.

Almaniyanın bunu reallaşdırmaq imkanı var. Vətəndaş cəmiyyəti sahəsində də Azərbaycanın uğurlu platformaları var. Amma bu platformanın fəaliyyətinə Avropa Birliyi öz dəstəyini artırmalıdır”.

Bundan başqa A. Quliyev xatırladıb ki , Avropa Parlamenti Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən qeyri-şərtsiz boşladılması ilə bağlı qətnamə qəbul edib.

“Ancaq Ermənistan tərəfi bu qətnaməyə əməl etmir. Bu yaxınlarda Avropa İtifaqı ilə Ermənistan arasında assosiasiya sazişi bağlanacağı gözlənilir, həmin Qətnamə bu sazişdə nə üçün əks olunmayıb?”-deyən millət vəkilinin sualları tək bununla yekunlaşmayıb.

“Azərbaycanla assosiasiya sazişi bağlanan zaman orada Azərbaycanın ərazi bütövlüyünün tanınmasını Avropa İttifaqı qəbul etmək istəmir. Nə üçün bir çox Avropa ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Avropa İttifaqı nədənsə bu məsələni assosiasiya sazişinə salmaqdan yayınır?”- deyə Millət vəkili Almaniyalı həmkarlarını sual qarşısında qoyub.

AzVision.az


Teqlər:





Xəbər lenti