TQDK yenə abituriyentləri sınayacaq

TQDK yenə abituriyentləri sınayacaq
  16 Aprel 2015    Oxunub:1758
TQDK aprelin 19-da növbəti sınaq imtahanı keçirəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından(TQDK) AzVision.az-a verilən məlumata görə, TQDK ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 19-da Respublikanın 35 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Tovuz, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Xaçmaz və Şabran şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 67 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48049 abituriyent qeydiyyatdan keçib.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaqlar!

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:



Xəbər lenti