Rusiyada axtarılan oğru Ağdamda tutuldu

Rusiyada axtarılan oğru Ağdamda tutuldu
  16 Aprel 2015    Oxunub:2155
Rusiya Federasiyasında axtarışda olan azərbaycanlı tutulub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əməliyyat Ağdam rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyanda axtarışda olan Seymur Babayev tutulub.

S.Babayev barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarış elan edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti