Avropa Liqasında 1/4 final həyacanı

Avropa Liqasında 1/4 final həyacanı
  17 Aprel 2015    Oxunub:1468
Çempionlar Liqasının ardınca Avropa Liqasında da 1/4 final mərhələsinə start verilir.
AzVision.az-ın məlumatına görə, bu gecə mərhələnin ilk oyunları baş tutacaq.

İspaniya "Sevilya"sı Rusiya "Zenit"ni qəbul edəcək. "Qarabağ"ın qrup mərhələsində rəqibi olmuş "Dnepr"in "Beştiktaş"ı mübarizədən kənarlaşdıran "Brügge"nin qonağı olacaq. Ukrayna "Dinamo"su ilə "Fiorentina" Kiyevdə qarşılaşcaq. Almaniyanın "Volfsburq" klubu isə İtaliya "Napoli"sini qəbul edəcək.

Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları aprelin 23-də baş tutacaq.

Avropa Liqası

1/4 final

İlk oyunlar

16 aprel

00.05 Sevilya (İspaniya) - Zenit (Rusiya)

Hakimlər: Bas Niyuis, Rob van de VenÇarles Şkaap, Bas van Dongen (Hollandiya).

Əlavə köməkçi hakimlər: Kevin Blom, Peter Yanssen (Hollandiya).

Sevilya. Ramon Sançes stadionu.

00.05 Bregge (Belçika) - Dnepr (Ukrayna)

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Andras Kovaciç (Sloveniya).

Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinciç (Sloveniya).

Brügge. Jan Breydel stadionu.

00.05 Dinamo (Ukrayna) - Fiorentina (İtaliya)

Hakimlər: Simon Marçiniak, Pavel Sokolniçki, Tomaş Listkieviç, Radoslav Sieyka (Polşa).

Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Tomaş Musial (Polşa).

Kiyev. Olimpiya stadionu.

00.05 Volfsburq (Almaniya) - Napoli (İtaliya)

Hakimlər: Antonio Mateu Lahoz, Pau Kebrian Devis, Roberto del Palomar, Teodoro Sobrino (İspaniya).

Əlavə köməkçi hakimlər: Xavyer Estrada, Alexandro Hernandes (İspaniya).

Volfsburq. "Volksvagen Arena".


Teqlər:





Xəbər lenti