İcra başçısı Avropada rəhbər vəzifəyə seçildi

İcra başçısı Avropada rəhbər vəzifəyə seçildi
  17 Aprel 2015    Oxunub:2993
İtaliyanın Assizi şəhərində Avropa Boks Konfederasiyasının (EUBC) Baş Assambleyası keçirilib.
AzVision.az report-a istinadən xəbər verir ki, tədbirdə EUBC-nin vitse-prezident postlarına və İcraiyyə Komitəsinə seçkilər də baş tutub.

Öncə qurumun ikinci şəxslərinin adlarına aydınlıq gəlib. Səsverməyə əsasən, rusiyalı Vladimir Tebekin və almaniyalı Yurgen Kyuas vitse-prezident seçiliblər. İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov 12 üzvdən biri seçilib.

Qeyd edək ki, Bakının Qaradağ rayonunun icra başçısı olan S.Mikayılov eyni zamanda, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvüdür


Teqlər:



Xəbər lenti