Apteklərdə məhsullara necə nəzarət olunur? - VİDEO

Apteklərdə məhsullara necə nəzarət olunur? - VİDEO
  17 Aprel 2015    Oxunub:1874
Apteklərdə dərman vasitələri ilə yanaşı digər məhsullar da satılır.Ancaq bu məhsulların keyfiyyətinə Səhiyyə nazirliyi nəzarət etmir.Baxmayaraq ki, onların bir çoxu elə insan səhhəti ilə bağlıdır.
Şprislər, tənziflər, optik eynəklər, gigiyenik vasitələr.

Apteklərdə dərmanlardan əlavə xeyli məhsul satılır.

Apteklərdə saqqızdan tutmuş salfetə, şampundan tutmuş uşaq bezinə qədər müxtəlif mallar astılır. Ancaq elə məhsullar var ki, keyfiyyəti aşağı olduqda birbaşa sağlamlığa zərər verə bilər. Məsələn, xarab termometrlər, keyfiyyətsiz linzalar və ya uşağa qulluq vasitələri...

Səhiyyə nazirliyindən aldığımız məlumata görə, bu qurum ancaq dərman vasitələrinin keyfiyyətinə nəzarət edir. Digər məhsulların yoxlanılması isə müxtəlif qurumlar tərəfindən həyata keçirilə bilər. Halbuki əczaçılar bildirirlər ki, dərman vasitələri ilə yanaşı elə məhsullar var ki, onlar da reseptlə satılır. Ancaq Nazirlik həmin məhsulları yoxlamır.

Bəs məsələ qanunla necə tənzimlənir? (xəzərxəbər.com)




Teqlər:  



Xəbər lenti