Azərbaycanlı məşqçiyə Ebolaya görə 7 iynə vurulacaq

O qeyd edib ki, səfərin baş tutması üçün Hüseynov bəzi şərtləri yerinə yetirməlidir. Bunlardan biri də “Ebola” və bu kimi viruslara qarşı peyvənd olunmaqdır: “Afrikaya getmək üçün Yunis müəllimə 7 iynə vurulmalıdır. Yəqin ki, o, bu ayın sonunda Maliyə gedəcək. Orda maraq dairəmizdə olan 2-3 futbolçu var. Onları izlədikdən sonra da Qanaya yollanacaq. Həmin ölkədə də bəzi oyunlara baxacaq. Təxminən 20 günə yaxın Afrikada qalacaq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” 2012-ci ildə də eyni praktikadan yararlanıb və nəticədə həmin vaxt heyətə cəlb edilən Sadio Tounkara hazırda komandanın liderlərindəndir.
Teqlər: