Duman, çiskin olacaq - Hava Proqnozu

Duman, çiskin olacaq - Hava Proqnozu
  17 Aprel 2015    Oxunub:1481
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8, gündüz 14-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 17-də bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 24, dağlarda gecə 1-6, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 3 gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

AzVision.az


Teqlər:



Xəbər lenti