Nemtsovun 13 yaşlı qızı model oldu – FOTOLAR

Nemtsovun 13 yaşlı qızı model oldu – FOTOLAR
  17 Aprel 2015    Oxunub:8155
Bu ilin fevral ayında Moskvada qətlə yetirilən rusiyalı müxalifətçi Boris Nemtsovun 13 yaşlı qızı Dina modellik karyerasına başlayıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın məşhur geyim brendlərindən olan “Yulia Prohorova Beloe Zoloto” öz “İnstagram” səhifəsində siyasətçinin qızının çəkildiyi şəkilləri yayıb.

Dinanın anası, jurnalist və PR agentliyin rəhbəri Yeketerina Odintsova qızı ilə birgə çəkilişlərdə iştirak edib. Odintsova sosial şəbəkəsindəki səhifəsində fotosessiyadan olan kadrları paylaşıb.

AzVision.az oxuculara həmin fotoları təqdim edir:

Xatırladaq ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən açılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib. Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Eldar Tanrıverdiyev

Qalereya




Teqlər:





Xəbər lenti