Zabit Səmədov Dubayda 1 milyon qazandı – VİDEO

Zabitin rəqibi 38 yaşlı avstraliyalı Stiv Makkinnon olub.
Makkinnon keçirdiyi 52 döyüşdən 45-də qələbə qazanıb (40-ı nokautla) və 7 dəfə məğlubiyyətə uğramışdı.
İndi isə Makkinnonun artıq 8 məğlubiyyəti var, çünki döyüşdə hakimlərin qərarı ilə Səmədov qalib gəlib (video aşağıda).
30 yaşlı azərbaycanlı döyüşçünün aktivində artıq 83 görüş var və o, həmin döyüşlərdən 73-də qələbə qazanıb (35-i nokautla).
Zabit qələbəsinə görə 1 milyon dirhəm pul mükafatı (təxminən 272 min ABŞ dolları) alıb.
Final dekabrda baş tutacaq. Onun qalibi 1 milyon dollar alacaq.
AzVision.az