Yeni qatarlar nə vaxt xəttə buraxılır?

Yeni qatarlar nə vaxt xəttə buraxılır?
  18 Aprel 2015    Oxunub:1953
Bir neçə gün öncə ölkəyə gətirilən metro vaqonları bu ayın sonunda xəttə buraxılacaq.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, hazırda həmin vaqonların xəttə buraxılması üçün mütəxəssislərlə hazırlıq işləri gedir:

“Hazırlığı 10 günə bitirməyi planlaşdırırıq. Ondan sonra vaqonları sınaq, edib xəttə buraxmağı planlaşdırırıq. Bir sözlə vaqonlar bu ayın sonuna kimi xəttə buraxılacaq”-deyə Nəsimi Paşayev bildirib.

N.Paşayev bildirib ki, yeni vaqonlar "Həzi Aslanov"-"İçərişəhər" xəttinə buraxılacaq.

Qeyd edək ki, vaqonlar Rusiyanın “Metrovaqonmaş” SC nin səhmlərinin 25%-nin sahibi olan Fransanın “Alstom” şirkəti ilə bağlanmış müqavilə əsasında əldə edilib. Hələlik 5 vaqondan ibarət 2 qatar ölkəyə gətirilib. Daha 1 qatarın da gətirilməsi nəzərdə tutulub. Bu vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 olub.

Gültəkin Ələsgər
AzVision.az



Teqlər:  



Xəbər lenti