Deputatlarımız imperatorla görüşəcək
Səfərin ilk günü Milli Məclis Sədrinin Yaponiya İmperatoru Əlahəzrət Akihito, Baş nazir Şinzo Abe, xarici işlər naziri Fumio Kişida ilə görüşləri nəzərdə tutulub.
Tokioda deputatlarımız ölkə parlamentinin Müşavirlər və Nümayəndələr palatalarında olacaq, Azərbaycanla parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşəcək, Yaponiya qanunvericilik orqanının fəaliyyəti ilə yaxından maraqlanacaqlar.
Milli Məclis Sədrinin Yaponiya parlamentinin hər iki palatasının rəhbərliyi ilə keçiriləcək görüşlərində ikitərəfli əlaqələrin inkişafı, qanunverici orqanlar arasında informasiya və təcrübə mübadiləsi, deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq.
Nümayəndə heyətimizin üzvləri ölkənin Kioto və Hiroşima şəhərlərinə səfər çərçivəsində gündoğar ölkənin qədim mədəniyyəti və tarixi abidələri ilə yaxından tanış olacaqlar.







Vaxtında, Aydın, Lazımlı!


