Yol polisindən sürücülərə duman xəbərdarlığı
V.Əsədov bildirib ki, belə hava şəraitində görmə imkanları məhdudlaşır. Hazırda paytaxtın bəzi ərazisində uzağı görmə məsafəsi cəmi 20-30 metr təşkil edir. Ona görə də onlara gün ərzində yaxın vuran işıqlardan istifadə etmələri, aşağı sürət həddini seçmələri tövsiyə olunur.
Qeyd edək ki, son iki gündə Bakıda dumanlı hava şəraiti hökm sürür. Hazırda da paytaxt Bakıda hava dumanlıdır. Sinoptiklər sabah da günün müxtəlif saatlarında havanın dumanlı olacağını proqnozlaşdırır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


