Birinci Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyan turnirin sonuncu günündə gənclər arasında sərbəst güləş üzrə 148 idmançı mübarizə aparıb. Yarışda Zalimxan Maqomedsultanov (50 kq, Rusiya), Mahir Əmiraslanov (55 kq, Azərbaycan), Vurğun Əliyev (60 kq, Azərbaycan), Enes Uslu (66 kq, Türkiyə), Murad Süleymanov (74 kq, Azərbaycan), Hacımurad Məhəmmədsəidov (84 kq, Azərbaycan), Givi Matçaraşvili (Gürcüstan, 96 kq), Səid Həmidov (120 kq, Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.
Komanda hesabında Türkiyə ikinci, Rusiya yığması isə üçüncü yeri tutub.