Naxçıvanda yeni vertolyot meydançası yaradılıb

Naxçıvanda yeni vertolyot meydançası yaradılıb
  25 May 2013    Oxunub:1367
Fövqəladə hadisə zamanı yardımların rayona operativ çatdırılması məqsədilə yeni vertolyot meydançası yaradılıb.
FHN-nin yeni yanğınsöndürmə avtomobillərinə və səfərbərlik ehtiyatlarına baxış olub. AzVision.az xəbər verir ki, mayın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına gəlib. Məlumat verilib ki, “KAMAZ” markalı 3 ədəd yanğınsöndürmə avtomobilləri dağlıq və keçilməsi çətin olan ərazilərdə baş verən yanğınların söndürülməsində istifadə olunacaq. 7 nəfər heyətlə hərəkət edən avtomobillər 6 ton su və 500 kiloqram köpükyaradan maye ilə rahat manevretmə qabiliyyətinə malikdir. Yeni gətirilən 350 dəst çadır, qoşqulu 4 səhra mətbəxi, 4 soyuducu kamera və digər məişət avadanlıqları baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı insanların gündəlik tələbatının ödənilməsinə, yaşayışın və qidalanmanın normal təşkilinə imkan verəcək. Əlavə olaraq qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının təlim mərkəzində əsaslı yenidənqurma işləri aparılıb, xilasedicilərin və humanitar yardımların fövqəladə hadisə rayonuna operativ çatdırılması məqsədilə yeni vertolyot meydançası yaradılıb və FHN-nin vertolyotu təlim mərkəzində yaradılan meydançaya ilk enişini edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti