`Özümlə üç mina gətirmişdim` - Ağdamda tutulan erməni (Yenilənib)

`Özümlə üç mina gətirmişdim` - Ağdamda tutulan erməni (Yenilənib)
  20 Aprel 2015    Oxunub:2635
Arsen Baqdasaryan məhkəmədə minaları basdırmaq barədə komandirindən tapşırıq aldığını açıqlayıb
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə zərərçəkənlər və şahidlər ifadə verib.

Arsen Baqdasaryan məhkəmədə verdiyi ifadəsində Azərbaycan hərbçiləri tərəfindən saxlanılan zaman öncə özünü Vazgen Qriqoryan kimi təqdim etdiyini deyib.

O, üzərində üç mina və onları basdırmaq üçün bıçaq olduğunu bildirib.

Baş çavuş olduğunu deyən A. Baqdasaryan həmin minaları basdırmaq barədə komandirindən tapşırıq aldığını açıqlayıb.

O, həmçinin saxlanılan zaman Azərbaycan hərbçiləri tərəfindən zorakılığa məruz qalmadığını, hətta ona çay verildiyini də deyib.

Proses aprelin 27-də davam etdiriləcək. (Apa)

***
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbi qulluqçu Arsen Baqdasaryanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.

AzVision.az Kəpəz TV-ə (Region TV) istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə bu dəfə zərərçəkənlər və şahidlər dindirilib.

Qeyd edək ki, Ermənistanda xüsusi təlim keçən Arsen Eduardoviç Baqdasaryan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən erməni silahlı qüvvələrinin tərkib hissəsində baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman cinayətkar birliyin digər üzvləri ilə birlikdə 2014-cü il dekabrın 26-da saat 15:00 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.


Teqlər:  



Xəbər lenti