Heydər Əliyev prospekti açılır

Heydər Əliyev prospekti açılır
  20 Aprel 2015    Oxunub:1756
Paytaxtın Heydər Əliyev prospektinin əsas yolu açılır.
AzVision.az xəbər verir ki, `Azəryolservis` ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Heydər Əliyev prospekti Əsas yolda aparılan təmir işləri yekunlaşdığı üçün bu axşam nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.

Eyni zamanda, aprelin 20-dən 21-nə keçən gecə Heydər Əliyev prospekti köməkçi yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti Əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.


Teqlər:  



Xəbər lenti