Xəbərdarlıq: Bakıda maşın sürməyin

Xəbərdarlıq: Bakıda maşın sürməyin
  21 Aprel 2015    Oxunub:3728
Bakıda avtomobillərin küçələrdə parklanması ləğv ediləcək.

Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, I Avropa Oyunları keçiriləcək ərəfədə küçələrdə avtomobillərin dayanmasına imkan verilməyəcək.

"Parkedilən avtomobillər xəbərdarlıq edilmədən evakuator vasitəsilə götürüləcək. Vətəndaşlar Avropa Oyunları zamanı xüsusi ayrılacaq ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərlər. Bu səbəbdən, xahiş edilir ki, vətəndaşlar mümkün qədər şəxsi avtomobillərindən istifadə etməsinlər", - deyə məlumatda bildirilir.

İlk əvvəl müəyyən şirkət və şəxslərə Avropa Oyunları keçirilən ərazilərə avtomobillə giriş üçün lisenziyanın verilməsi nəzərdə tutulsa da bu proses artıq dayandırılıb.


Teqlər:  



Xəbər lenti