Tbilisi prospekti bağlanır

Tbilisi prospekti bağlanır
  21 Aprel 2015    Oxunub:3899
Bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdirilir.
Bu barədə AzVision.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, bu gün axşam saat 22:00-dan etibarən Tbilisi prospektinin Bakıxanov dairəsindən İzmir dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam olaraq məhdudlaşdırılacaq. İşlərin səhər saatlarınadək davam etdirilməsi nəzərdə tutulub. Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.


Teqlər:



Xəbər lenti