Azərbaycan filmləri beynəlxalq festivalda

Azərbaycan filmləri beynəlxalq festivalda
  21 Aprel 2015    Oxunub:1839
Aprelin 25-26-da "Tourfilm - Riqa 2015" 8-ci Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanın da təmsil olunacağı festivalda "Lahıc" (rejissor Tofiq Şahverdiyev) filmi "Mədəni turizm" və "Ekoturizm" nominasiyalarında, "Vulkanın nəfəsi" (rejissor Adil Azay) filmi isə "Ekoturizm" nominasiyasında yarışacaq. Hər iki film dövlət sifarişi ilə "Azanfilm" studiyasında istehsal edilib. Həmçinin festivalın "Reklam filmləri" nominasiyasında "Rixos Quba" reklam çarxı nümayiş etdiriləcək.
Festivalın proqramında ümumilikdə beş nominasiya üzrə iki yüzə yaxın film yer alıb.


Teqlər:  





Xəbər lenti