“Twitter” istifadəçilərinə xoş xəbər

“Twitter” istifadəçilərinə xoş xəbər
  21 Aprel 2015    Oxunub:1472
Artıq “Twitter”də birbaşa mesajlaşmaq mümkün olacaq.
AzVision.az xəbər verir ki, sosial şəbəkə sahibləri yalnız onları təqib edənlərlə deyil, hər kəsə birbaşa mesaj göndərə biləcəklər. Şirkət bu özəlliyi istifadəçilərdən xəbərsiz istifadəyə verib. İndiyədək sadəcə bir-birilərini təqib edən sosial şəbəkə istifadəçiləri mesajlaşa bilərdilər. Yəni hər hansı “twitter” istifadəçisinə mesaj göndərmək üçün onun da sizi izləməsi vacib idi. Şirkət belə bir addımı reklam gəlirlərini artırmaq üçün atıb.

İstifadəçilərin hər kəsdən birbaşa mesaj ala bilmək üçün “hər kəsdən birbaşa mesaj al” özəlliyini seçilməsi lazımdır. Bunun üçün parametrlər+ təhlükəsizlik gizlilik+hər kəsdən birbaşa mesaj al (recive direct messages from anyone) xüsusiyyətlərini aktiv etməsi lazımdır. Bu xüsusiyyətləri aktiv ləşdirdikdən sonra “dəyişiklikləri saxla” düyməsinə basmaq kifayətdir.

Əgər sizi təqib etməyənlərin bəziləri ilə birbaşa mesajlaşa birib, bəziləri ilə mesajlaşa bilmirsinizsə səbəb yuxarıda bəhs etdiyimiz ayarlarla əlaqədardır. Bu ayarları aktiv etməyənlər əvvəldə olduğu kimi yalnız onları təqib edənlərlə mesajlaşa biləcəklər.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti