TQDK-dan bakalavrlara müraciət

TQDK-dan bakalavrlara müraciət
  21 Aprel 2015    Oxunub:1731
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına 2-ci mərhələ üzrə imtahanda iştirak edəcək bakalavrlara müraciət edib.
Komissiyadan AzVision.az-a verilən məlumata görə, 2015/2016-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına 2-ci mərhələ üzrə imtahanda iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Buraxılış vərəqəsini TQDK-nın saytından əldə etmək mümkündür.

Qeyd edək ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi 22 fevral 2015-ci il tarixində keçirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti