Bu il korrupsiyaya qarşı görülən işlər - HESABAT (FOTOLAR)

Bu il korrupsiyaya qarşı görülən işlər - HESABAT (FOTOLAR)
  22 Aprel 2015    Oxunub:3129
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I rübünə həsr olunmş hesabat konfransında çıxış edib.

AzVision.az-ın məlumatına görə, K.Əliyev çıxışında bildirib ki, bu ilin birinci rübü ərzində 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyatı məhkəmələrə göndərilib.

Rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə qeydə alınan 18 milyon 556 min 668 manat məbləğində ziyanın 5 milyon 894 min 138 manatı və ya 31,7% nin ödənilməsi təmin edilib.

Cinayət işləri üzrə 104,432 manat dəyərində əmlak üzərinə həbs qoyulmaqla cinayət-prossesual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Hesabat dövrü ərzində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 9 təqdimat verilib.

K. Əliyev onu da qeyd edib ki, bu ilin birinci rübü ərzində Əməliyyat idarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanılıb. Bunlardan 9 iş keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş materiallar əsasında başlanılıb. Hesabat dövrü ərzində 13 şəxs barəsində axtarış elan olunub, 2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa verilib.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 726 ərizə və şikayət daxil olub, 476 şəxs Baş İdarədə qəbul edilib. Bunlardan 106 şəxs Baş İdarə rəisi, 370 şəxs isə Baş İdarənin əməkdaşları tərəfindən qəbul edilib.

2015-ci ilin birinci rübü ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 1677 müraciət daxil olub, bunlardan 1477-i ilkin, 200-ü isə təkrar olub.

Daxil olan 1677 müraciətin 111-i Baş İdarədə araşdırılıb, 15-i cinayət işinə, 66-sı Baş Prokurorluğun digər idarələrinə, 1479-u aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə qanunla nəzərdə tutulan qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib.

2015-ci ilin birinci rübündə də “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlayıb.











Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti