1781 vəzifəli şəxsə cinayət işi açılıb - korrupsiya faktları
O, bildirib ki, bu ilin I rübü ərzində Baş İdarənin İstintaq İdarəsi tərəfindən 195 cinayət işi üzrə ibtidai istintaqın aparılması həyata keçirilib. Həmin işlərədən 116-sı keçən ildən qalan olub. 79 cinayət işi isə yeni olaraq Baş İdarənin İstintaq İdarəsinin icraatına verilib. Həmin işlər də əsasən Baş İdarə rəisi tərəfindən başlanılıb. Yeni işlərin bir neçəsi başqa qurumlardan daxil olub.
“İdarədə istintaq olunan cinayət işlərinin əsasən aktiv rüşvətxorluq- yəni rüvşət vermə, passiv rüşvətxorluq-yəni rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, quluq mövqeyindən, səlahiyyətlərindən istifadə etmə yolu ilə dövlət əmlakını mənimsmə ilə bağlı olub.
Hesabat dövrü ərzində 48 vəzifəli şəxs barəsində 39 cinayət işi aidiyyatı üzrə məhkəmələrə göndərilib.
Korrupsiya cinayətləri ilə bağlı vurulmuş ziyanın ödənilməsi və zərərçəkmişlərin cinayətə qədərki ilkin vəziyyətə bərpa edilməsindən ibarətdir. Bu istiqamətdə Baş İdarə tərəfindən müəyyən işlər görülüb. Məhkəməyə göndərilmiş 39 cinayət işi üzrə vurulmuş 18 milyon 556 min manat məbləğində vurulmuş ziyandan 5 milon 894 min manat ödənilib. 104 min manat məbləğində təqsirləndirilən şəxslərin əmlakı üzərinə həbs qoyulub”.
K.Əliyev qeyd edib ki, son 10 ildə korrupsiya cinayətləri ilə bağlı 1781 vəzifəli şəxs barəsində 1025 cinayət işinin məhkəmələrə göndərilməsi təmin edilib.
Onun sözlərinə görə, son 10 ildə korrupsiya cinayətlərindən 68-i rüşvət alma, 133-ü vəzifə səlahiyyətlərindən sui-istifadə, 449-u qulluq mövqeyindən istifadə edərək talama cinayətləri ilə əlaqədar olub: "Bu cinayətlər üzrə dövlətə 200 milyon manatdan artıq ziyan vurulub. Dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsi məqsədilə 173 milyon manatlıq əmlak üzərində həbs qoyulub. 122 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib”.
O həmçinin bildirib ki, ötən illərdə ümumilikdə İdarənin “Qaynar xətt”inə vətəndaşlardan 22 min 822 müraciət və məlumat daxil olub.
Cinayət işləri iə bağlı Baş İdarənin əməliyyat qrupları tərəfindən 76 əməliyyat tədbirləri həyata keçirilib.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


