`Bu, idealogiyanın kökündə baş kəsmək durur`

`Bu, idealogiyanın kökündə baş kəsmək durur`
  22 Aprel 2015    Oxunub:1646
"Erməni terroru o qədər qloballaşıb ki, artıq dünyada təkcə tarixçilərin, siyasətçilərin, hüquqşünasların deyil, digər sahədən olan insanların da diqqətini cəlb edib".
Bu barədə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Oleq Kuznetsovun müəllifi olduğu "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabının təqdimat mərasimində deyib.

Z.Əsgərov bildirib ki, erməni terrorunun kökündə xəstə bir ideologiya durur - "dənizdən dənizə Ermənistan yaratmaq": "Onların dənizlə heç bir əlaqələri yoxdur. Bilmək olmur onların bu xəstə ideologiyası haradan qaynaqlanır?"

Vitse-spiker qeyd edib ki, ermənilərin bu xəstə ideologiyasının əsasında yalnız öldürmək, baş kəsmək durur.

Z.Əsgərov vurğulayıb ki, Ermənistan tarixən Azərbaycana məxsus olmuş torpaqları güc yolu ilə işğal etməyə çalışır: "Bunun üçün ermənilər Azərbaycanda terror aktları törətməyə başladılar. İndiyə qədər Azərbaycana qarşı 30-dan artıq terror aktları törədilib. Bu onu göstərir ki, ermənilər hələ də bu çirkin əməllərindən əl çəkməyiblər".

Z.Əsgərov dünyada ikili standartların hökm sürdüyünü qeyd edərək bildirib ki, beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərmir. O qeyd edib ki, beynəlxalq təşkilatlar və Avropa dövlətləri Ukrayna hadisələrilə bağlı dərhal hərəkətə keçsələr də, Dağlıq Qarabağ münaqişəsilə bağlı bu addımı atmırlar: "20 ildən artıqdır ki, Azərbaycan torpaqları erməni işğalı altındadır, BMT-nin torpaqların azad edilməsi ilə bağlı qətnamələri yerinə yetirilməyib".

Z.Əsgərov bildirib ki, ermənilərin cəza almaması, bu cəzasızlıq şəraiti ermənilərin indiqə qədər belə terror hadisələri törətməsinə səbəb olub. (trend)


Teqlər:





Xəbər lenti