5 yaşlı ELSA - VİDEO

5 yaşlı ELSA - VİDEO
  22 Aprel 2015    Oxunub:2259
Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - ELSA Azərbaycanın 5 yaşı tamam olur. ELSA Azərbaycan (European Law Students’ Association) öz üzvlərinin sayına və fəaliyyətinə görə dünyanın ən böyük hüquqşünas gənclər təşkilatıdır.
42 ölkədə 38000-dən artıq üzvü olan bu təşkilata Azərbaycan 2010-cu ildə müxbir, 2011-ci ildən etibarən isə tam üzv olmaq haqqı qazanmışdır. ELSA Azərbaycan artıq 5 ildir ki, Azərbaycanın müxtəlif universitetlərində təhsil alan hüquq tələbələri və gənc hüquqşünasları birləşdirir.

ELSA Azərbaycan hüquq tələbələrinin özlərini həm praktiki həm də təcrübi cəhətdən inkişaf etdirmələri üçün müxtəlif təlim və seminarlar, inşa müsabiqələri, səhnələşdirilmiş məhkəmə prosesləri, hüquq olimpiadaları və simulyasiyalar təşkil edir, bundan əlavə gənc hüquqşünaslara və hüquq tələbələrinə STEP proqramı vasitəsi ilə Avropanın 40-dan çox ölkəsində staj və iş imkanı təqdim edir. ELSA üzvü olan gənclər Avropanın müxtəlif şəhərlərində təşkil edilən Yay Hüquq Məktəblərində, Şura Toplantılarında və müxtəlif növ beynəlxalq tədbirlərdə, həmçinin Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumlarda sessiyalarda iştirak etmək şansı əldə edirlər. Həmçinin ELSA yeni dostluqlar qazandırır və mehriban ELSA ailəsi ilə daim yada düşəcək xoş xatirələr qazandırır.




Teqlər:  





Xəbər lenti