Tarixçilərdən Sarkisyana “soyqırım” zərbəsi

Tarixçilərdən Sarkisyana “soyqırım” zərbəsi
  22 Aprel 2015    Oxunub:3074
Fransalı tarixçi Maksim Qoen Ermənistan hakimiyyətini tənqid edib. O, Sarkisyan rejimini Türkiyə ilə münasibətləri qaydaya salmaq istəməməkdə ittiham edib.

AzVision.az xəbər verir ki, tarixçi Türkiyənin iki dövlət arasında münasibətləri normallaşdırmaq üçün əlindən gələni etdiyini deyib.Avrasiya Tədqiqatları Mərkəzinin (AVİM) əməkdaşı olan Maksim Qoen erməni tərəfinin arxiv materaillarını əldə etməyə çalışdığını, amma qarşı tərəfin buna şərait yaratmadığını diqqətə çatdırıb:

“Türkiyə münasibətləri qaydaya salmaq üçün əlindən gələni edib. İndi Ermənistan hökuməti də nələrsə etməlidir, amma mənə elə gəlir ki, Ermənistanın belə istəyi yoxdur. Çünki Serj Sarkisyan həmişə torpaq tələb edir”.

M.Qoen vurğulayıb ki, erməni arxivləri tarixçilər üçün əlçatan deyil: “Nə vaxt ABŞ və ya Fransadakı erməni arxivlərinə çıxış istəsəm, cavabında bunun mümkün olmadığını eşidirəm. Yaxud da ümumiyyətlə cavab vermirlər. Türk arxivlərində isə heç bir problem yaranmır”.

İrlandiyalı tarixçi Petrik Ualş isə deyib ki, problem “soyqırım” ifadəsinə bağlansa, heç bir irəliləyiş əldə etmək olmaz.

“Baş verənlər həm xristianlar, həm də müsəlman üçün faciədir. Amma məsələni “soyqırım” ifadəsi üzərində qurmaq tərəfləri irəliyə aparmayacaq. Bu problemin kökündə Rusiya kimi qüvvələrin dayandığını hər kəs bilir”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti