Səfər Əbiyev Türkiyə ilə razılığa gəldi

Səfər Əbiyev Türkiyə ilə razılığa gəldi
  18 Fevral 2013    Oxunub:2170
Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

AzVision.az-ın məlumatına görə, görüş zamanı hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi istiqamətində faydalı müzakirələr aparılıb. Görüşün sonunda nazirlər niyyət bəyannaməsini imzalayıblar.

Sonra Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Nejdət Özəl və Quru Qoşunları komandanı ordu generalı Hayrı Kıvrıkoğlu ilə təkbətək görüşləri olub.

Görüşlərdə Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov iştirak edib.

Qeyd edək ki, müdafiə naziri Səfər Əbiyevin rəhbərlik etdiyi nümayənda heyətinin Türkiyə Cümhuriyyətindəki müdafiə sənayesi təmayüllü bir neçə şirkətdə də görüşləri olacaq.




Teqlər:





Xəbər lenti