Mayda əfv olacaq: `Qərar verilib...`

Mayda əfv olacaq: `Qərar verilib...`
  23 Aprel 2015    Oxunub:2116
Azərbaycanda may ayında əfv olacaq.
Bu barədə AzVision.az-a hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib.

Hüquq müdafiəçisi əfvin olacağının artıq dəqiqləşdiyini, bu barədə qərar verildiyini qeyd edib.

Onun sözlərinə görə, dəqiq tarix məlum olmasa da may ayında əfv sərəncamı imzalanacaq:

“May ayında bir neçə əlamətdar gün var. Heydər Əliyevin doğum günü qeyd olunacaq. Çox güman ki, hansısa tarix üçün əfv veriləcək. Artıq bununla bağlı İşçi Qrupu var. Öz təkliflərimizi vermişik”.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti