ASAN-dan 100 illik tarixə töhfə - VİDEO, FOTOLAR

ASAN-dan 100 illik tarixə töhfə - VİDEO, FOTOLAR
  23 Aprel 2015    Oxunub:7316
Bu gün Azərbaycan Dillər Universitetində ASAN Könüllüləri Təşkilatının təşəbbüsü ilə hazırlanmış "Çanaqqala 100: Qardaş köməyi" sənədli filmi və "Çanaqqala türküsü" klipinin təqdimatı keçirilib.

AzVision.az
xəbər verir ki, filmin təşkilatçısı ASAN Könüllülərinin sədri Fərid Sadıxlı Çanaqqala savaşından danışıb, tarixi zəfər barədə məlumat verib.

Milli Məclisin deputatı Əli Hüseynli isə çıxışında bildirib ki, Çanaqqala savaşı Birinci Dünya Müharibəsinin ən önəmli hadisələrindəndir: “Belə tarixi şəraitdə Osmanlının yeganə çıxış yolu dirəniş göstərib, savaşmaq idi. O zaman Türkiyənin ən işıqlı insanları olan Ənvər Paşa, Camal Paşa və s. kimi insanlar bu döyüşlərdə savaşırdılar. Döyüşdə azərbaycanlılar da türk qardaşlarına kömək etmişdi. Kimisi mühribəyə qoşulur, kimisi də neft və ərzaq yardımı ilə kömək əlini uzadırdı. Nəticədə Çanaqalada türklər zəfər çaldı və çar rejimi çökdü. Çünki Atanta çar Rusiyasına kömək edə bilmədi. Bakıda törədilən soyqırımın qarşısının alınmasında isə indiki Türkiyə türkləri öz qardaş köməyini əsirgəmədi”.



Millət vəkili tövsiyə edib ki, may ayında soyqırımlarının il dönümü olan çərkəzlərin başına gələnlər də araşdırılmalıdır: “Çünki çərkəzlər Qafqaz müsəlmanlarının ümumi adıdır”.

Sonda müğənni Sevda Ələkbərzadə “Çanaqqala türküsü”nü ifa edib və sənədli film tədbir iştirakçılarına nümayiş olunub.

AzVision.az həmin klipi təqdim edir:



Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti