TQDK sonuncu sınağı keçirir

TQDK sonuncu sınağı keçirir
  26 May 2013    Oxunub:1507
İmtahanın idarə olunması üçün 180 imtahan rəhbəri, 741 nəzarətçi müəllim ayrılıb.
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 27 şəhərində sınaq imtahanları keçirir.

AzVision.az xəbər verir ki, sınaq imtahanında iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib. Sınaq respublika üzrə 56 mərkəzdə keçirilir. İmtahanın idarə olunması üçün 180 imtahan rəhbəri, 741 nəzarətçi müəllim ayrılıb.

Xatırladaq ki, bu il ərzində 6 sınaq imtahanı keçirilib. Bu imtahanlar respublikanın bütün rayonlarını əhatə edib. İmtahanlarda ümumilikdə 154380 abituriyent iştirak edib.

TQDK tərəfindən keçirilən sınaq imtahanlarının üstün cəhətlərindən biri bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti