Vitse-spiker: “Heç kim Amerikaya getməsin...”

Vitse-spiker: “Heç kim Amerikaya getməsin...”
  23 Aprel 2015    Oxunub:3123
“Azərbaycan ərazində işğalçı, təcavüzkar, beynəlxalq hüququ tanımayan, ATƏT-in Misk Qrupunun həmsədrlərinin mövqelərini heçə sayan bir rejimin silahlıları tərəfindən intensiv formada təxribatlara əl atılır. Amerikada isə belə hallar insanlar onların həyatlarını qorumalı olan polislər tərəfindən törədilir. Əgər bu arqument əsas gətirilirsə, o zaman Amerikaya heç kəs getməməlidir”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Vitse-spiker Avropa Oyunları ərəfəsində cəbhədə vəziyyətin gərginləşməsinə münasibət bildirərək qeyd edib ki, ermənilər bu yolla Azərbaycanın uğurlarına kölgə salmaq istəyirlər.

“Ermənilər cəhbə xəttində qeyri-sabit vəziyyətin hökm sürdüyünü göstərmək üçün müxtəlif təxribatlara əl atırlar. Onlar Azərbaycana qarşı aparılan “qara piar” kampaniyasının kökündə duran əsas amillərdən biri kimi beynəlxaq aləmdə də öz fəaliyyətlərini davam etdirirlər. “Demokratiya” və “söz azadlığı aşiqləri”nin muzd müqabilində həyata keçirdikləri fəaliyyətlərdən istifadə edirlər. O cümlədən ermənilər xristian təəssüfkeşliyi məsələsini ortaya ataraq bundan yararlanmağa çalışırlar. Düşmən Azərbaycanı bütün istiqamətlərdə gözdən salmağa çalışır. Bəziləri elə fikirləşirlər ki, erməniləri dəstəkləyən beynəlxalq dairələr bu işlərinə nə vaxsa son qoyacaqlar. Bu düşüncə tərzi sadəlövhlükdür. Onlar onsuz da fəaliyyətlərini davam etdirəcəklər”.

B.Muradovanın sözlərinə görə, Azərbaycanı tənqid edənlər bilməlidirlər ki, ABŞ-da vəziyyət olduqca pisdir.

“Hər gün Amerikada polis tərəfindən bir neçə nəfər qətlə yetirilir. Onda Amerikaya heç kəs getməsin də. Həmçinin gərək Amerikada beynəlxalq tədbirlər keçirilməsin, yarışlar baş tutmasın, BMT və “Böyük 20”liyin iclasları olmasın. Turistlər də ora səfər etməsinlər. Ona görə ki, Amerikadakı insanlar polis tərəfindən qətlə yetirilirlər. Amma Azərbaycan ərazisində, təmas xətinə yaxın bölgələrdə işğalçı erməni rejiminin hərbçiləri tərəfindən təxribatlar törədilir, insanlar dünyalarını dəyişirlər. ABŞ və Qərb buna göz yumur”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti