Azərbaycan-Rusiya dövlət sərhədi ilə bağlı iclas keçirildi

Azərbaycan-Rusiya dövlət sərhədi ilə bağlı iclas keçirildi
  23 Aprel 2015    Oxunub:1404
21-23 aprel 2015-ci ildə Moskva şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının növbəti üçüncü iclası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədlərinin Demarkasiyası üzrə Dövlət Komissiyasının Sədri Xələf Xələfov rəhbərlik edib.

İclasda Azərbaycan-Rusiya dövlət sərhədlərinin demarkasiyası prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olundu və ekspertlərin görüşlərinin nəticələrini əks etdirən protokollar təsdiqləndi. Eyni zamanda Azərbaycan-Rusiya dövlət sərhədinin ərazidə sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında Təlimat imzalandı.

Komissiya 2015-ci il üçün İş Planını və demarkasiya prosesi ilə bağlı bəzi təlimatlara dəyişiklikləri təsdiq etdi.

Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçdi və iclasın yekunu olaraq Protokol imzalandı.


Teqlər:





Xəbər lenti