İƏT-dən Azərbaycana təbrik

İƏT-dən Azərbaycana təbrik
  27 May 2013    Oxunub:1067
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğludan Azərbaycan Prezidentinə təbrik məktubu gəlib.
Zati-aliləri,
Əlamətdar bayram - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırmaq istəyirəm.

Fürsətdən istifadə edərək İslam Əməkdaşlıq Təşkilatının məqsədlərinin həyata keçirilməsində Sizin və Azərbaycan Respublikası Hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirirəm.

Ulu Tanrıdan Zati-alinizin müdrik rəhbərliyi altında qardaş Azərbaycan xalqının davamlı inkişafını və çiçəklənməsini arzulayır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm.
Dərin hörmətlə,

Ekmələddin İhsanoğlu
İslam Əməkdaşlıq Təşkilatının baş katibi


Teqlər:





Xəbər lenti