Açıqlandı - Elnur qalib olacaq

Məlum olduğu kimi, “YouTube”da əsas baxış sayı nəzərə alınır. Bu səbəbdən video portalın hesablamasına görə, birinci yarımfinalın qalibi Rusiyanın təmsilçisi Polina Qaqarina olacaq. Onun videosu 3 milyondan çox izlənilib. İkinci yerdə Albaniya, üçüncü yerdə isə Ermənistan gəlir.
İkinci yarımfinalın qalibi isə “YouTube”un proqnozuna əsasən, Azərbaycanın təmsilçisi Elnur Hüseynov olacaq. Onun klipi sayta 1 milyona yaxın izlənilib. İkinci yerdə İsrail, üçüncü yerdə isə İslandiya qərarlaşıb.
Xatırladaq ki, Azərbaycanı “Eurovision” musiqi yarışmasında təmsil edəcək Elnur Hüseynov mayın 21-də müsabiqənin ikinci yarımfinalında səhnəyə çıxacaq.
Teqlər: