Obama niyə “soyqırım” demədi? - ŞƏRH

Obama niyə “soyqırım” demədi? - ŞƏRH
  24 Aprel 2015    Oxunub:4996
“Prezident Barak Obama və sələflərinin qondarma “erməni soyqırımı” günü çıxışı zamanı “soyqırım” ifadəsini işlətməməsi ABŞ-Türkiyə münasibətlərinin hər iki tərəf üçün əhəmiyyət daşıması ilə bağlıdır”.
Bu fikirləri politoloq Fikrət Sadıqov ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisələri ilə bağlı çıxışını AzVision.az-a şərh edərkən bildirib.

Politoloq Obamanın çıxışında “soyqırım” sözünü işlətməməsinin səbəbini belə izah edib: “Türkiyə ABŞ üçün Yaxın Şərq regionunda əhəmiyyətli tərəfdaşdır. Xüsusilə son illər terrorçu qruplaşmalarla mübarizədə Türkiyənin rolu böyükdür. Türkiyə həm də NATO-nun üzvüdür və onun ABŞ-la münasibətləri hərətəfli inkişaf edir, bunu danmaq olmaz.

Bir sözlə, hər iki tərəfin maraqları var və rəsmilər də bunu başa düşür, ona görə də “soyqırım” ifadəsi dilə gətirilmir. Mənə elə gəlir ki, ermənilər də bundan nəticə çıxarmalıdır”.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama bu il də erməniləri məyus edib. ABŞ prezidenti qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar verdiyi bəyanatda 1915-ci il hadisələrini “soyqırım” adlandırmayıb.

“Mən dəfələrlə 1915-ci ildə baş verənlərə öz münasibətimi ifadə etmişəm və bu mövqe dəyişilməz qalır. Faktların tam etiraf edilməsi bizim hamımızın maraqlarına cavab verir”,-deyə Obama vurğulayıb.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti