Kəlbəcər girovlarından yeni xəbər var

Kəlbəcər girovlarından yeni xəbər var
  24 Aprel 2015    Oxunub:3874
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara növbəti dəfə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova AzVision.az-a açıqlamasında bildirib ki, görüş aprelin 21-də baş tutub.

BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələrinə çatdırılması üçün məlumat alınıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Bir neçə ay öncə işğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti