İçərisi pulla dolu “Pay Point” oğurlandı

İçərisi pulla dolu “Pay Point” oğurlandı
  24 Aprel 2015    Oxunub:2605
Bakıda “Pay Point” aparatı oğurlanıb.
AzVision.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində qeydə alınıb.

Ötən gün axşam saatlarında naməlum şəxs və ya şəxslər qəsəbə ərazisində içərisi pulla dolu, “Comted LTD”-yə məxsus “Pay Point” ödəniş terminalını oğurlayıb.

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.


Teqlər:





Xəbər lenti