Prezident yeni yolun açılışında - FOTOLAR

  26 May 2013    Oxunub : 514
Prezident yeni yolun açılışında - FOTOLAR
Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak edib
Paytaxt Bakı və ətraf qəsəbələrin inkişafı daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramı yol infrastrukturunun müasirləşdirilməsini əhatə edir. İndi Bakı və ətraf qəsəbələrin yolları ən müasir səviyyədə inşa olunur, yol ötürücüləri, körpü, tunel, yeraltı və yerüstü piyada keçidləri tikilir.

İki yüz min nəfərə yaxın əhalinin yaşadığı Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birləşdirən Zabrat - Maştağa - Buzovna və Zabrat - Kürdəxanı - Pirşağı avtomobil yollarının yenidən qurulması üçün dövlətimizin başçısının ötən ilin oktyabrında imzaladığı Sərəncama əsasən Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsaitin ayrılması bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.

Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun texniki göstəricilərini əks etdirən stendə baxıb.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib ki, eni 22 metr olan yolun ümumi uzunluğu 12 kilometrə yaxındır. Yol ən müasir tələblər səviyyəsində inşa olunub. Dördzolaqlı yolun inşası zamanı bütün infrastruktur yenilənib, müasir işıqlandırma sistemi yaradılıb, yol boyu 3 qovşaq tikilib. Bakıətrafı kənd və qəsəbələrin yollarının tamamilə yenidən qurulması ilk növbədə əhalinin sosial məsələlərinin həlli baxımından önəmlidir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı yeni yolda avtomobili idarə edib.

Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun əvvəlki vəziyyətini, tikinti zamanı və hazırkı vəziyyətini əks etdirən fotostendə baxıb.

Dövlətimizin başçısına yolboyu quraşdırılan müasir işıqforlar barədə də məlumat verilib.

Foto


Teqlər: