Nazir “Məzun günü” ilə bağlı əmr verəcək

Nazir “Məzun günü” ilə bağlı əmr verəcək
  24 Aprel 2015    Oxunub:3892
I Avropa Oyunları ilə əlaqədar ali məktəblərdə “Məzun gün”lərinin keçirilmə vaxtı dəqiq bilinmir. Ali məktəb rəhbərləri də bu barədə məlumatsızdırlar. Bildirilir ki, Təhsil Nazirliyi bu məsələdə öz mövqeyini ortaya qoymadığından “Məzun günü”nün vaxtını müəyyən etmək mümkün olmayıb.
AzVision.az-ın əldə etdiyi məlumata görə, təhsil naziri Mikayıl Cabbarov yaxın günlərdə bununla ilə bağlı əmr imzalayacaq. Yaxın günlərdə “Məzun günləri”nin vaxtı bilinəcək.

Məlum olduğu kimi I Avropa Oyunlarına görə, Bakıda keçiriləcək bəzi tədbirlərin vaxtı dəyişdirilib. Yarışların keçirildiyi günlərdə paytaxtda sıxlığın qarşısının alıması üçün təhsil nazirinin əmri ilə ali təhsil müəssisələrində imtahan vaxtları qabağa çəkilib. Ümumilikdə imtahanlar mayın 31-dək başa çatacaq.

Qeyd edək ki, “Məzun gün”lərinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərsək də hələ ki, rəsmi cavab verilməyib.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti