Paytaxtda istirahət mərkəzi yandı

Paytaxtda istirahət mərkəzi yandı
  27 May 2013    Oxunub:1306
Hadisə Binəqədi rayonunda baş verib
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda "Zəngəzur" istehsalat kommersiya firmasına məxsus hər mərtəbəsi 3200 kv.m olan ikimərtəbəli istirahət sağlamlıq mərkəzinin 1-ci mərtəbəsində yerləşən saunanın yanar konstruksiyaları 8 kv.m sahədə, soyunub- geyinmə otağının taxta üzlüyü 20 kv.m sahədə və lambirdən ibarət tavan 4 kv.m sahədə (ümumi 32 kv.m sahədə) yanıb.

İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti