“Sapı özümüzdən olan baltalar bizi ləkələmək istəyir”
“Bəzi Avropa qeyri-hökumət təşkilatları, özlərini insan haqlarının müdafiəçiləri adlandıran şəxslər niyə bir dəfə də olsa Xocalı soyqırımı haqqında bir bəyanat vermirlər? Ermənilər Azərbaycan ərazisində 30-dan artıq terror aktı törədiblər, niyə həmin şəxslər bu barədə danışmırlar? Niyə Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün olması faktına göz yumurlar? Amma hansısa bir cinayətkarla bağlı tez əldə bayraq tuturlar. Görün burada nə qədər ikili standartlar var!”, - deyə Milli Məclis sədrinin birinci müavini əlavə edib.
Ziyafət Əsgərov qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı belə təxribatlara qarşı ayıq-sayıq olmalıdır və ölkəmizi istəməyən qüvvələrin cavabını verməlidir. Bu məsələsə mətbuatın üzərinə daha böyük məsuliyyət düşür. (Azərtac)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


