Tofiq Yaqublu azadlığa buraxıldı

Tofiq Yaqublu azadlığa buraxıldı
  24 Aprel 2015    Oxunub:2036
Həbsdə olan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu müvəqqəti olaraq azadlığa buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə T.Yaqublunun vəkili Nemət Pənahlı məlumat verib.

O, 7 gün müddətinə azadlığa buraxılıb.

Qeyd edək ki, T. Yaqublunun qızı Nərgiz Yaqublu aprelin 23-də Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. Onun hepatit xəstəliyindən əziyyət çəkdiyi və bir neçə gün əvvəl komaya düşdüyü bildirilir. N. Yaqublunun nəşi bu gün Bakıya gətiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti