Pilotsuz təyyarələr kənd təsərrüfatında

Pilotsuz təyyarələr kənd təsərrüfatında
  27 May 2013    Oxunub:1438
Avstraliya kənd təsərrüfatında robot və pilotsuz təyyarədən istifadə edəcək.
AzVision.az NBCNews-a istinadən məlumat verir ki, Avstraliya “Mantis” və “Shrimp” adlı kənd təsərrüfatı robotlarını artıq sınaqdan keçirib. Robot və pilotsuz təyyarə meyvənin yetişməsini, torpağın suya və ya gübrəyə ehtiyacını yoxlayacaq. Bununla Avstraliya əlavə xərcləri azaltmaq və məhsuldarlığı artırmaq niyyətindədir.

“Mantis” və “Shrimp” robotlarının yaradıcısı Salah Sukkarinin sözlərinə görə, robotlar suvarma və məhsulun yığılması kimi missiyaları yerinə yetirəcək. Robotlar sensor, lazer və radarla təchiz olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti