AŞPA prezidenti: `Qarabağ münaqişəsi bu il həll oluna bilər`

AŞPA prezidenti: `Qarabağ münaqişəsi bu il  həll oluna bilər`
  27 May 2013    Oxunub:1147
2013-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail oluna bilər.

Bunu jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyon bildirib.

Onun sözlərinə görə, buna səbəb Ermənistan və Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmələridir.

Jan-Klod Minyon bildirib ki, 2013-cü il bəlkə də müstəsna ildir ki, hər iki dövlətin Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdə münaqişənin həllinə şərait yaradılır:

"Həmin komitəyə Ermənistan, Avstriya və Azərbaycan əlifba sırası ilə sədrlik edəcəklər və bu, ondan istifadə edib, münaqişənin həlli yollarının tapılması üçün tarixi bir şansdır".(trend)

Minyonun sözlərinə görə, 2013-cü ildə Fransa və Almaniya arasında baş vermiş münaqişənin həllinə səbəb olan müqavilənin imzalanmasından 50 il ötür: "Fransa və Almaniya arasında 50 il qabaq olan barışıq bu gün Ermənistan və Azərbaycan arasında da baş verə bilər".

Minyon qeyd edib ki, AŞ PA-da Dağlıq Qarabağla bağlı Alt Komitənin fəaliyyətini dayandırmasına baxmayaraq, Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə mütəmadi görüşlər keçirilir və münaqişənin həlli yolları müzakirə edilir: "Həmçinin mən Fransanın ATƏT-in Minsk qurupundakı nümayəndəsi ilə sıx əlaqə saxlayaraq münaqişənin tənzimlənməsi prosesi ilə tanış oluram".

Qeyd edək ki, bu gün Jan-Klod Minyon Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.


Teqlər:  





Xəbər lenti