İlham Əliyev AŞPA prezidentilə görüşüb

İlham Əliyev AŞPA prezidentilə görüşüb
  27 May 2013    Oxunub:1352
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrimizin genişlənməsi işində rolunu qeyd edib.

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyonun ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini bildirib.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon Azərbaycana ikinci dəfə səfər etməsindən məmnunluq hissi keçirdiyini vurğulayaraq ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduğunu söyləyib, Azərbaycanın iqtisadi və digər sahələrdə qazandığı uğurların önəmini diqqətə çatdırıb. Qonaq səfərinin əsas məqsədlərindən birinin Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə qarşıdan gələn sədrliyinə hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparılmasından ibarət olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub.


Teqlər:  





Xəbər lenti