“Sanksiyalara görə 160 milyard dollar itirdik” – Putin
Putin vurğulayıb ki, sanksiyalar xarici maliyyə bazarlarına çıxışı çətinləşdirib: “Bununla əlaqədar olaraq, Rusiya şirkətləri təxminən 160 milyard dollar gəlir itirdilər. Yalnız 2014-cü ildə Rusiya şirkətləri ümumi məbləği 130 milyard dollar olan borcu ödəməli idilər. Lakin maliyyə faciəsi baş vermədi, borclar vaxtında qaytarıldı”.
Rusiya prezidenti, həmçinin qeyd edib ki, Rusiya tərəfindən Qərbin sanksiyalarına qarşı atılan cavab addımları ölkə iqtisadiyyatının güclənməsi ilə nəticələndi: “Əvvəlcədən məlum idi ki, bu qiymət artımı ilə nəticələnəcək. Lakin bu bizim Dünya Ticarət Təşkilatına üzvlüyümüz şəraitində daxili bazarın milli istehsalçılar üçün azad olunması istiqamətində bir şans idi”.
Eldar Tanrıverdiyev
AzVision.az