Azərbaycanlılar Nepalda çətinə düşüb (VİDEO)
Hindistanda 66 nəfər, Çinin Tibet bölgəsində 17 nəfərin həlak olduğu bildirilir. Banqladeşdə iki nəfərin ölümü qeydə alınıb. Zəlzələdən sonra dağıntılar altında qalanların axtarışlara fasiləsiz olaraq davam edir. Lakin, xırda təkanlar işləri çətinləşdirir.
“Bu cür zəlzələ nəticəsində sağ qalanları çıxarmaq çox çətindir. Bizim avadanlıq və texnikamız çətinliklə işləyir. Afterşoklar işimizi çox çətinləşdirir. Elə bir az əvvəl bir nəfəri qalıqlar altından çıxarmaq istəyərkən 7 bal gücündə təkan baş verdi. Biz çox ehtiyatlı olmasaq, ikinci bir faciə baş verə bilər”, – deyə axtarış qrupunun rəhbəri Fu Syaoquan bildirib.
Son sutka ərzində 45 müxtəlif dərəcəli yeraltı təkan qeydə alınıb.
Bu arada zəlzələ nəticəsində Everest dağında baş vermiş qar uçqunun həvəskar görüntüləri yayılıb. Kadrlarda dumanlı hava şəraitində qar uçqununun hərəkəti əks olunub. Uçqun bir neçə saniyə içində orada olan alpinistlərin üzərini örtüb. 22 alpinistin öldüyü bildirilir.
Uçqundan xilas olunan nepallı bələdçilərdən biri qarın altından qışqırıq səslərinin gəldiyini bildirib. Hazırda bölgədə xilasetmə işləri aparılır.
Dünya ölkələri Nepalda zəlzələdən zərər çəkənlərə yardım göndərməyə başlayıb.
Axtarış-xilasetmə işlərinə yardım üçün yanğınsöndürənlər briqadası və tibbi ləvazimatlar göndərilib.
Prezident İlham Əliyevin göstərişilə Azərbaycan Nepala humanitar yardım göndərir. FHN ibarət qrup həmçinin azərbaycanlıların təxliyəsi üçün işlər görəcək.
Azərbaycanın Hindistandakı səfirliyindən ANS-ə verilən məlumata görə, Nepalda 14 azərbaycanlının təxiliyəsilə bağlı işlərə başlanıb. Onların arasında 6 uşaq da var.
Körpələrdən biri zəlzələ zamanı bədənində sıyrıq xəsarətləri alıb. Hazırda onun vəziyyəti yaxşıdır.